Yeganə səhvim seçkilərdə qalib gəlməyim oldu, hərçənd hamı demokratların namizədi Hillari Klintonun qələbəsini gözləyirdi.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri ABŞ Prezidenti Donald Tramp özünün Tvitter səhifəsində yazıb.
O, 2016-cı il prezident seçkilərindəki qələbəsini yeganə səhv adlandıraraq rəqibinin uduzmasının səbəblərini açıqlayıb: “Problem ondadır ki, onlar bir neçə ştatda kampaniya keçirməyi unutdular”.
Qeyd edək ki, son zamanlar Donald Trampa qarşı seçkiqabağı kampaniya zamanı qanun pozuntularına yol verdiyinə dair ittihamlar intensivləşib.