26 Avqust 2018 17:59
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamenti iqtisadiyyat və maliyyə naziri Məsud Karbasiana impiçment elan edib.

Teleqraf.com xəbər verir ki, Karbasianın impiçment proseduru 33 deputatın tələbi ilə həyata keçirilib. Onun tutduğu vəzifədən uzaqlaşdırılmasının lehinə parlamentin 137 üzvü səs verib.

Daha öncə parlament avqustun 8-də kooperasiya, əmək və sosial rifah naziri Əli Rabini vəzifəsindən kənarlaşdırmışdı.

Qeyd edək ki, son aylar ərzində İranda yerli valyuta kəskin surətdə ucuzlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər