4 Sentyabr 2018 15:37
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibi terrorçuların yuvası adlandıran rəsmi Kreml İdlibə yönəlik hava hücumu ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, rəsmi açıqlamada Trampın xəbərdarlığının problemi həll etməyə kömək göstərmədiyini vurğulanıb:

“İdlibdəki terrorçular Rusiya hərbi bazaları üçün təhdiddir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə İdlibdəki son vəziyyətin Rusiya, Türkiyə və İran prezidentlərinin sentyabrın 7-də Tehranda nəzərdə tutulan üçtərəfli sammitində müzakirə olunacağını bəyan edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda “Bəşər Əsəd rejimi düşünmədən İdlibə hücum edərsə, ruslar və iranlılar da bu faciədə yer alarlarsa, dərin bir xətaya yol vermiş olarlar”, - deyə xəbərdarlıq etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər