7 Sentyabr 2018 10:30
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibə kimyəvi silahla hücuma hazırlıq barədə dəlillərimiz var.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefferi deyib.

İdlibdə vəziyyətin kritik olduğunu bildirən xüsusi nümayəndə əlavə edib ki, Əsəd rejiminin İdlibə kimyəvi silah hücumuna hazırlaşır.

Xüsusi nümayəndə Suriya dövlət başçısı Bəşər Əsədin bir lider kimi perspektivsiz olduğunu bəyan edib, lakin onun vəzifədən getməsinin ABŞ-ın işi olmadığını söyləyib: “Suriya üçün böyük diplomatik mərhələnin zamanı gəlib. Bu sahədə BMT və ABŞ müttəfiqlərinə dəstək verəcək”.

İŞİD-in tam sıradan çıxarmaq üçün Suriyada qalmaqda davam edəcəklərini dilə gətirən Cefferi əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp da bu fikrə dəstək verir.


Müəllif: Cavad

Oxşar xəbərlər