Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xüsusi təyyarə “CAN”la İrana səfər edib.
Teleqraf.com”Anadolu”ya istinadla xəbər verir ki, Suriya məsələsinin müzakirəsi üçün Tehrana yola düşən Ərdoğanı müdafiə naziri Hulusi Akar, Xəzinədarlıq və maliyyə naziri Bərat Albayraq, prezident aparatının kommunikasiya direktoru Fəxrəddin Altun müşayiət edib.
Qeyd edək ki, Türkiyə prezidenti rusiyalı və iranlı həmkarı ilə Suriya məsələsini müzakirə edəcək. Tehrandakı üçtərəfli zirvə toplantısı prezidentlərin sayca üçüncü görüşüdür. Bundan öncə analoji sammit Soçi və Ankarada baş tutmuşdu.