8 Sentyabr 2018 12:00
2 716
12 Punto 14 Punto 16 Punto 18 Punto

İdlibə hücumlar ölüm və dağıntıan başqa bir şey verməyəcək. Bu, həm Cenevrə, həm də Astana mərhələsini baltalayacaq, üstəlik, Əsəd rejiminin əxlaqsız uğuru olacaq.

Teleqraf.com xəbər verir ki, bu ifadələr Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Daily Sabah” qəzetində çap edilən məqaləsində yer alıb.

Sözçü bildirib ki, Suriyada vətəndaş müharibəsinin 7-ci ilində xaos, insan dramı və siyasi çalxalanmalar davam edir: “Sağlam və davamlı siyasi həll tapılmadan hərbi qarşıdurmalar müşahidə etdiyimiz böhranı yalnız inkişaf etdirəcək”.

İdlib və ətrafındakı son hadisələrin durumu yaxşılaşdırmaq əvəzinə daha vahiməli hala gətirdiyinə işarə vuran İbrahim Qalın bildirib ki, Suriyanın sərhədlərini aşan savaşın Suriya xalqına heç bir faydası yoxdur: “Biz beynəlxalq və regional güclər arasında yürüdülən vəkalət müharibəsinə şahidik. Əgər tərəflər fərqli bir yanaşmaya sahib olsaydı, mərhəmət nümayiş etdirsəydi dayanıqlı bir həll variantı tapmaq əvvəldən mümkün olardı”.

Dünyanın Suriya xalqına arxa çevirdiyni qeyd edən Qalın suriyalıların əzab-əziyyətinə göstərilən dəstəyin sadəcə söz olduğu, əsas aktyorların müharibəni dayandırmaq üçün ya çox az iş gördüyünü, ya da ümumiyyətlə iş görmədiyini vurğulayıb.

İdlibi Suriya müxalifətinin son qalası adlandıran İbrahim Qalın indi vəziyyətin daha kritik olduğu qənaətini bölüşüb:

“3 milyon yarım insanın yaşadığı İdlibə hər hansı hücum insan fəlakətinə yol açacaq. Oradan Türkiyəyə, Türkiyədən isə Avropa və başqa yerlərə yeni köç dalğası başlayacaq. İdlibə hücum ölüm, dağıntıdan başqa bir şey verməyəcək, eyni zamanda Astana və Cenevrə formatında siyasi cəhdləri baltalayacaq. Beləcə Suriyada məqsədə yetməyin yolunun gücdən istifadədən keçdiyi bir daha ortaya çıxacaq. Sözsüz, savaş həll yolu ola bilməz”.

İdlibin Astana anlaşmasına əsasən təhlükəsizlik bölgəsi olduğunu xatırladan İbrahim Qalın deyib ki, üç qarant ölkə - Rusiya, Türkiyə və İran burada gözətçi məntəqələri qurub: “Türkiyənin İdlibdə 12 gözətçi məntəqəsi var. Türk əsgərinin varlığı ani bir hücumun qarşısının alınmasının yeganə zamənətidir. Rus qırıcıları və Əsəd rejiminin piyada qoşunları türk əsgərləri orada olduğu halda hücum həyata keçirməyi göz önünə ala bilməz”.


Müəllif: Cavad

Oxşar xəbərlər