Nyu-York metropoliteninin 11 sentyabr 2001-ci il terror aktı nəticəsində dağıdılan stansiyası 17 ildən sonra bərpa edilərək yenidən açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Məlumata görə, “Cortlandt Street” metro stansiyası dağıdılan Ümumdünya Ticarət Mərkəzinin düz yaxınlığında yerləşib. Terror aktı zamanı stansiyaya ciddi ziyan dəyib. Stansiya yeni adla – “Cortlandt WTC” adı ilə fəaliyyətə başlayıb.
Telekanalın məlumatına görə, ötən illər ərzində stansiyanın bərpası üzrə nəzərdə tutulan 69 milyon dollar xərc 158 milyon dollaradək yüksəlib.