Erməni politoloq Stepan Danilyan ölkəsindəki mövcud siyasi vəziyyəti şərh edib.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, politoloq hazırkı vəziyyətdə yalnız İrəvan Ağsaqqallar Şurasına keçirilən seçkiləri ürəkaçan hesab edir:
“Bunu anlamaq lazımdır ki, seçkilərdə əsas çətinlik rüşvətxorluqda və nəticələrin saxtalaşdırılmasında deyil. Ermənistanda seçkilər heç bir zaman siyasi xarakter daşımayıb. Mübarizə həmişə “pis hakimiyyət” və “yaxşı hakimiyyət” arasında gedib. Zamanla yalnız rollar dəyişib. Hər şey yenidən təkrarlanıb.
“Qəddar hakimiyyət” obrazı olmadan qalan siyasi qüvvələr necə hərəkət edəcəklərini bilmirlər. Siyasi arenada öz rollarını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Siyasi dairələr kimə qarşı mübarizə aparacaqlarını bilmirlər və insanlar da artıq kimə səs verəcəklərini anlamırlar.
İndi Ermənistanda “Vətəndaş anlaşması” partiyası Robert Köçəryanla mübarizəyə başlayıb, o isə heç seçkilərdə də belə iştirak etmir.
Gümrü Ağsaqqallar Şurasına seçkilərdə isə daha rəqabətli siyasi mühit üçün Putin və Trampa qarşı mübarizə aparmağı seçmək olar.
Çox heyif ki, Ermənistanda siyasi mədəniyyət hələ o səviyyədə deyil ki, elektoratı konkret siyasi xətt üzrə apara bilsin”.