2017-ci ildə Türkiyəyə qaçqın kimi gələn İŞİD üzvü “Əbu Eyyub” kod adlı Əhməd İsa Adana şəhərində müalicə aldığı xəstəxanada yaxalanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, polisin basqını nəticəsində saxlanılan Əhməd İsa ilkin ifadəsində İŞİD üzvü olduğunu təsdiqləyib. O, indiyədək bir çox əməliyyatlarda iştirak etdiyini, PKK/YPG terror təşkilatının onun başına 100 min dollar mükafat qoyduğunu söyləyib. 2015-ci ildə Suriyanın Kobani şəhərində yaralanan İŞİD üzvünün Adananın müxtəlif xəstəxanalarında müalicə aldığı, sonuncu dəfə isə sağ ayağının kəsildiyi məlum olub.
Polis İŞİD üzvünün kəsilən insan başlarının yanında çəkdirdiyi fotoşəklini tapıb.
Əhməd İsa savaşdığı qruplaşmaya bir müddət öncə öldürülən alman repçi Denis Kaspertin (Deso Doq) başçılıq etdiyini deyib.