24 Sentyabr 2018 09:31
3 042
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Kommersant” qəzetində dərc olunan məqaləsində Rusiya dövlət başçısı Vladimir Putinə müraciət edib.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Ərdoğan Rusiyanın PKK, PYD/YPG terror qruplaşmaları ilə mübarizədə Türkiyəyə dəstək gözlədyini bildirib:

“40 ilə yaxındır terrorla mübarizə aparan Türkiyə terrorun təşkilanlanmasına imkan verməyəcək və bu məsələdə mövqeyi dəyişməzdir. Türkiyənin təhlükəsizliyini təhdid edən bütün qüvvələrə qarşı mübarizə aparacağıq. PYD və YPG idarəsi altında olan bölgələrin terrorçulardan təmizlənməsinə xüsusi önəm veririk.

Son zamanlar ABŞ tərəfindən PYD və YPG-yə çox böyük dəstək var. Onların region xalqlarını təhlükə altında qoyan bu cür əməllərdən çəkinmələri lazımdı. Rusiyanın Türkiyəyə PKK, PYD/PG kimi terror qruplaşmaları ilə mübarizədə dəstəyini gözləyirəm”

Türkiyə prezidenti məqalədə İdlibdə əldə olunan razılaşmanın önəminə də toxunub və onu yüksək dəyərləndirib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər