24 Sentyabr 2018 11:40
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Əhvazdakı terror aktının təşkilatçılarına dağıdıcı cavab verəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri İranın Xüsusi Kəşfiyyat naziri Mahmud Ələvi deyib.

“Terrorçular və onların havadarları özlərinin İraqda, Suriyada və digər ərazilərdə məğlubiyyətlərini ört-basdır etmək üçün Xuzistan əyalətinin günahsız əhalisinin qanını tökdülər”.

Nazir həmçinin əlavə edib ki, bu dəhşətin təşkilatçıları əmin olsunlar ki, İran kəşfiyyatı günahkarları tapmaq və cəzalandırmaq üçün səylərini əsirgəməyəcək.

Xatırladaq ki, sentyabrın 22-də İranda Həsən Ruhaninin də seyr etdiyi hərbi parad zamanı terror hadisəsi baş verib və nəticədə 25 nəfər həlak olub, 60 yaxın yaralı var. Bununla bağlı, bu gün İranda matəm elan edilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər