Əhvazda baş vermiş terror aktında şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Xüsusi Kəşfiyyat naziri Mahmud Ələvi qeyd edib.
IRNA agentliyinin verdiyi xəbərə görə, hücuma görə məsuliyyəti “Ərəb Demokratik Hərəkatı”nın üzvləri öz üzərinə götürüb.
Bu qruplaşmanın üzvləri Səudiyyə Ərəbistanından dəstək alır.