27 Sentyabr 2018 12:47
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya ilə yaşanan diplomatik münaqişədən danışıb.

Teleqraf.com xəbər verir ki, o, Nyu Yorkda qaldığı oteldə uçuş öncəsi bu məsələyə toxunub:

“Rus təyyarəsinin vurulması bizim üçün daha ağır nəticələr verə bilərdi. Buna baxmayaraq İsrail Suriyada Əsəd və İrana qarşı mübarizəyə davam edəcək”.

Baş nazir Rusiyanın Suriyaya yeni S-300 raket kompleksi göndərməsi məsələsinə də münasibət bildirib:

“Bu, çox ciddi məsələdir. İsrailin təhlükəsizliyi üçün təhlükədir. Rusiya ilə “İl-20” məsələsi ilə bağlı gizli kanallarla danışıqlara davam edirik.

Biz əvvəlki kimi İranın Suriyada güclənməsinə qarşı mübarizə aparacağıq. Bu məsələdə isə Rusiya Hərbi Qüvvələri və İsrail Müdafiə Nazirliyi bir-birlərini məlumatlandırmağa davam edəcək. Mən Putinlə razılaşmışam. Diplomatik heyət bu yaxınlarda yenə görüşəcək”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər