30 Sentyabr 2018 14:27
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı Suriyada əzələ nümayiş etdirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, dünən İŞİD ABŞ və Rusiya tərəfindən kimyəvi hücumuun ola biləcəyi məkan kimi göstərilən İdlibin Cisr əş Şugur bölgəsində ağır silahlar və tanklarını nümayiş etdirib.

Bununla da İŞİD Suriyada mövcud olduğu mesajını verib.

Rusiya və Türkiyənin İdlib mövzusunda razılığa gəlməsindən dərhal sonra İŞİD-in mülki əhalidən canlı qalxan kimi istifadə edəcəyini diqqətə çatdırması sanki ABŞ-ın “mənim yer almadığım heç bir razılaşma icra edilə bilməz” mesajı kimi səslənir.

Onu da xatırladaq ki, başa vurduğumuz həftənin əvvəllərində Suriya rejimi ilə əldə olunan anlaşmaya uyğun olaraq İŞİD-in 400 terrorçusu Deyr əz Zor bölgəsindən İdlibə keçib.

Bundan başqa, İŞİD-in bayraqlarını qaldıran Nüsrat əl-İslam qrupu Afrikada özünü göstərməyə başlayıb. Yəmən "Əl-Qaidəsinin davamı olan bu qrup Suriyada İŞİD tərəfindən fəaliyyət göstərir.


Müəllif: Cavad

Oxşar xəbərlər