3 Oktyabr 2018 09:29
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözcüsü Hizert Nauret Türkiyədə həbsdə olan rahib Branson barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, dünən Türkiyə Konstitusiya Məhkəməsində onun FETÖ terror qruplaşması ilə əlaqəsi olub-olmadığı məsələsi qaldırılıb.

Rahib Bransonun oktyabr ayında ABŞ-a qaytarılması barədə gəzən söz-söhbətə Department sözcüsü belə cavab verib:

“Bu barədə dəqiq məlumatımız yoxdur. Ancaq bir şeyi dəqiq bilirəm, rahib Branson dərhal vətənə qayıtmalıdır. Bu məsələ çox uzandı. Türkiyə hökuməti ilə danışıqlar davam edir”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər