ABŞ Prezidenti Donald Trampın Konstitusiya Məhkəməsi hakimliyinə namizədi Brett Kavano Senatda səs toplayaraq bu vəzifəyə təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, qalmaqallı namizədə Senat üzvlərindən yarısından çoxu səs verib.
Namizədə qarşı səs verən senatorların sayı isə 48 nəfər olub.
Tramp tərəfindən Konstitusiya Məhkəməsinə hakim kimi irəli sürülən Brett Kavano bu postunda ömürünün axırına qədər qala biləcək. O, Konstitusiya Məhkəməsinin 9 hakimi arasında ən gənc hakim olacaq.
Xatırladaq ki, Tramp tərəfindən namizədi irəli sürülən Brett Kavao haqqında cinsi təcavüz iddiaları ortaya atılmışdı.