Suriya prezidenti Bəşər Əsəd Qərb ölkələrinə mesaj verib.
Teleqraf.com xəbər verir ki, o, İdlibdə hərbsizləşdirilmiş zonalar barədə fikirlərini bölüşüb:
“İdlibdə əldə olunan razılaşma Qərb ölkələrini çox narahat edir. Çünki bu, onlar üçün həlledici məsələdir. Suriyalıların qələbəsi onların bizə yönəlmiş planlarının yoxa çıxacağına gətirib çıxaracaq”.
Əsəd həmçinin İdlib barədə fikirlərinin dəyişməz olduğunu bildirib: “Terrorçuların nəzarətində olan bu əyalətlər Suriyanın digər bölgələri kimi hökumətin ixtiyarına keçəcək”.