9 Oktyabr 2018 11:28
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın İrəvandakı səlahiyyət müddəti başa çatmış səfiri Riçard Millsi qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Ermənistanda baş verən ictimai-siyasi proseslər müzakirə edilib.

Paşinyan Ermənistanda baş verən “məxməri inqilab” zamanı obyektiv mövqedə dayandığı üçün amerikalı diplomata təşəkkürünü bildirib və ABŞ-ın hakimiyyət dəyişikliyi ilə yadda qalmış prosesə dəstək verdiyini etiraf edib:

“İnqilab vaxtı obyektiv mövqedə dayandığınız üçün sizə təşəkkür edirəm. Şübhəsiz ki, inqilabdan sonra ABŞ Ermənistanın ən əhəmiyyətli müttəfiqlərindən birinə çevrilib. Ümid edirəm ki, dəstəyinizi bundan sonra da davam etdirəcəkəsiniz”.

Bu ilin mart-aprel aylarında Ermənistanda hakimiyyət dəyşişikliyi ilə yadda qalmış prosesin “koordinator”u adlandırılan Riçard Mills yaxın günlərdə İrəvandan ayrılacaq. Onu bu postda kimin əvəz edəcəyi isə məlum deyil.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər