17 Oktyabr 2018 18:15
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezident administrasiyası Suriyanın bərpası ilə məşğul olan Rusiya və İran şirkətlərinə qarşı sanksiyalar paketi hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan “Deutsche Welle” qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Vaşinqton İran və Rusiya qoşunları olan Suriya ərazilərinin bərpasına maliyyə və digər yardım göstərmək üçün nəzərdə tutulmuş proqramı da dayandırmaq niyyətindədir.

Bu planın Suriya müharibəsində Prezident Donald Trampın yeni idarəetmə strategiyasının bir hissəsi olduğu diqqətə çatdırılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər