24 Oktyabr 2018 01:01
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda inflyasiya 13,4%-ə yüksəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın Statistika Mərkəzi məlumat yayıb. Məlumata görə, bu ay qiymət indeksində ötən ayla müqayisədə 7,1% artım olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə bu ay indeksdə dəyişikliyin 32,8% olduğunu bildirib. Yəni İranda ailələr 2017-ci ilin analoji dövrü ilə müqayisədə ötən ayda bir məhsulu satın almaq üçün orta hesabla 32,8% əlavə vəsait xərcləyiblər.

Ərzaq, içki və tütün məmulatları qrupunda qiymət indeksi ötən ayla müqayisədə 8,6%, qeyri-ərzaq məhsulları və xidmətlər qrupunda 6,4% artım olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər