Ermənistan-Rusiya münasibətləri indiki kimi heç vaxt yüksək səviyyədə olmayıb.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
O, ikitərəfli münasibətlərin inkişaf etdiyini iddia edib:
“İqtidara gələndə Rusiya-Ermənistan münasibətlərinin pozulduğunu dedilər.
Lakin bunu deyə bilərəm ki, ikitərəfli münasibətlər heç vaxt indiki kimi qarşılıqlı güvən içində olmayıb. İndi də bizim Qərbi Rusiyaya satdığımızı, Qərbin bizimlə əməkdaşlıqdan imtina etdiyini deyirlər”.