26 Oktyabr 2018 08:00
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya Prezidenti Klaus Yohannis cərrahiyyə əməliyyatına görə xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sol çiynindən əməliyyat olan ölkə başçısının bir neçə gün sonra vəzifəsinin başına keçəcəyi bildirilib.

Əməliyyatın uğurla başa çatdığı, tibbi nöqteyi-nəzərdən Rumıniya prezidentinin öz vəzifəsini yerinə yetirə biləcəyi vurğulanıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər