Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, nazirlər Türkiyə, Rusiya, Almaniya və Fransa arasında dördtərəfli zirvə görüşündən öncə bir araya gəlib.
Nazirlər arasında əvvəlcə ikitərəfli, daha sonra nümayəndələrlə birgə görüş baş tutub.
Eləcə də Türkiyə Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşüb. İdlibdəki son vəziyyət başda olmaqla regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.