27 Oktyabr 2018 22:14
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:45

İstanbulda Suriya ilə bağlı Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli zirvə görüşü başlayıb.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, Zirvə görüşünü açan Türkiyə lideri R.T.Ərdoğan bütün dünyanın gözünün hazırda bu toplantıda olduğunu deyib.

Ərdoğan vurğulayıb ki, səmimi və anlayışlı davranmaqla, dünyanın bu gözləntisini doğrultma fürsətimiz var.

“Putinlə bu mövzuda daha öncəki görüşlərimizdə müzakirə apardıq. Makron və Merkellə də yaxın təmasda olmağa, onları proseslə bağlı daim məlumatlandırmağa çalışdıq”, - Ərdoğan bildirib.

***

İstanbulda Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçirilən Suriya zirvəsi başa çatıb.

Görüş 1 saat davam edib.

***

Ərdoğan, Putin, Makron və Merkelin mətbuata birgə bəyanat verməsi gözlənilir.

***

Görüşümüzün və aldığımız qərarların suriyalı qardaşlarımıza xeyirli olmasını arzulayıram.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Suriya ilə bağlı zirvə toplantısından dərhal sonra keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu müddətdə əsas hədəfimiz axan qanın dərhal dayandırılmasıdır. Beynəlxalq toplum məsələyə tam olaraq sahiblənmədiyi üçün problem həll edilməyib. Artıq bu laqeyidliyə son qoyulmalıdır. Təşəbbüs göstərilmədikcə Suriyadakı böhran daha da pisləşəcək”, - Ərdoğan bildirib.

Türkiyə lideri Suriyada ərazi bütövlüyünün təmin olunması üçün görülən işlərdən də danışıb:

“Bu gün Suriyanın ərazi bütövlüyünə inamımızı, İdlib razılaşmasına olan bağlılığımızı bir daha təsdiqlədik. İlin sonunda konstitusiya komitəsinin yaradılmasını, suriyalı qaçqınların evlərinə qayıtmasını müzakirə etdik. Fəratın şərqində təhdidləri aradan qaldırmağa davam edəcəyik. Suriyalı qaçqınlar üçün xərclədiyimiz 33 milyard dollar Türkiyənin fədakarlğının açıq-aşkar göstəricisidir. Hər kəsin Suriya tragediyasını sonlandırmaq üçün mübarizə aparması lazımdır. İstər meydandakı vəziyyətin yaxşılaşdırılması, istərsə də siyasi həllin təmin olunması üçün konkret mesaj verildi”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər