27 Oktyabr 2018 22:59
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh və sabitlik yalnız diplomatik yollarla mümkündür. Rusiya, Almaniya, Türkiyə və Fransa Suriyadakı vəziyyətin yalnız siyasi və diplomatik yollarla həll olunmasında həmfikirdir.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin İstanbulda keçirilən zirvə görüşündə bildirib.

"Suriyanın ərazi bütövlüyünə hörmət edilməlidir və xalq özü öz müqəddəratını həll etməlidirlər. Suriyada şiddət ciddi şəkildə azalıb, ancaq radikal qruplar oradan təmizlənməlidir. Onlar İdlib bölgəsində silahlı hücumlarda iştirak edərsə, Rusiya Suriya rəhbərliyinə qətiyyətlə kömək edəcək", - Putin söyləyib.

Rusiya lideri Türkiyənin tezliklə müxaliflərin İdlibdəki silahsız bölgədən geri çəkilməsini təmin etməsini gözlədiklərini qeyd edib:

"Suriya konstitusiya komissiyasının işə başlaması lazımdır, bu sahədəki islahatlar məlumdur. Ərdoğanla birlikdə Almaniya və Fransa liderlərini İdlib müqavilələrinin yerinə yetirildiyi məsələsində məlumatlandırdıq. Ancaq Rusiya İdlibdə təxribatlar olarsa, terror təhdidinin yox edilməsi üçün Dəməşqə kömək etmək haqqını özündə gizli saxlayır. Suriyadakı dialoq problemi İran olmadan da həll edilə bilməz və konstitusiya komitəsinin formalaşdırılması prosesində Tehranla danışıqlar zəruridir".

Putin sonda bunları vurğulayıb: "Rusiya və Türkiyə sammit zamanı Fransa və Almaniyaya suriyalı miqrantların problemlərinin həlli ilə əlaqədar beynəlxalq konfrans keçirilməsi təklifini irəli sürüb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər