31 Oktyabr 2018 17:55
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülləbarana düşən hindistanlı jurnalist bunu həyatının son anları hesab edərək videoya çəkib və anasına göndərib.

Teleqraf.com xəbər verir ki, “Doordarshan News” telekanalının jurnalisti Mor Mukut Şarmın daxil olduğu çəkiliş qrupu atəşə tutulub. Bu zaman o, anasına vida videosu çəkib.

“O fikirləşib ki, bu, onun həyatının son anlarıdır. Ancaq o, yaşayır”, - deyə “Doordarshan News”un “Tvitter” səhifəsində bildirilir.

Videoda jurnalistin yerə uzandığı görünür. Fonda atəş səsləri eşidilir.

“Ana, mən istəyirəm ki, səni çox istədiyimi biləsən. Ola bilsin, məni öldürsünlər. Burdan sağ çıxmaq asan olmayacaq. Bizimlə 6-7 əsgərdir, biz mühasirədəyik”, deyə o bildirib.

Nəşrin məlumatına görə, atəş zamanı telekanalın operatoru və jurnalistləri müşayiət edən iki polis əməkdaşı həlak olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər