1 Noyabr 2018 11:57
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 4-də ABŞ-ın İrana yeni sanksiya tətbiq edəcəyi ərəfədə İsraillə ərəb ölkələri arasında ciddi yaxınlaşma hiss olunur.

Teleqraf.com xəbər verir ki, İrana münasibət fonunda İsrail hökumətinin ərəb dövlətləri ilə yaxınlaşma siyasəti artıq özünü göstərməyə başlayıb.

Ötən həftə İsrail baş naziri Benyamin Netanyahu Omana səfər edərək Sultan Kabusla görüşüb. İsrailin mədəniyyət və idman naziri Miri Reqev Birləşmiş Ərəb Əmirliyinə gedib, burada məşhur Şeyx Ziyad Məscidini ziyarət edib.

İsrailin inkişaf naziri Dubayda çıxış edib. Eyni zamanda Abu-Dabidə keçirilən cüdo yarışında İsrailin dövlət himni oxunub.

İsrailin nəqliyyat naziri yaxın dövrlərdə Hayfa şəhəri ilə körfəz arasında dəmir yolunun çəkilməsi üçün Omana da müzakirələr aparacaq.

Xatırladaq ki, İsrail dövlətini əslində Misir və İordaniya istisna olmaqla heç bir ərəb ölkəsi rəsmən tanımır. Lakin ABŞ-ın İrana qarşı təcrid siyasəti və ümumi maraqlar İsrail-ərəb yaxınlaşmasına ciddi zəmin yaradıb.


Müəllif: Cavad

Oxşar xəbərlər