5 Noyabr 2018 07:35
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ABŞ-ın İrana qarşı nəzərdə tutduğu sanksiyaların tətbiqinə dair bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda sanksiyalara görə ABŞ-a kəskin etiraz edilib.

Bəyanatda deyilir:

“Amerika imperializminin çökməsi qaçınılmaz reallıqdır. ABŞ və İran arasında 40 ildir davam edən meydan oxuma bir yandan İranın nüfuzunu göstərdiyi halda, digər yandan bu, ABŞ-ın çökməyə başlamasını göstərir”.

Qeyd edək ki, bu gündən etibarən ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların icrasına başlayıb.

Onu da əlavə edək ki, 4 noyabr 1979-cu ildə islam inqilabçılarının Tehranda ABŞ səfirliyini ələ keçirməsinin 39-cu ildönümüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər