7 Noyabr 2018 15:18
1 145
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı rəhbərliyi İstanbul konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailəsinə qan pulu ödəyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Telekanal Qaşıqçının cəsədini daşıyan avtomobilləri qətli həyata keçirən şəxslərin sürdüyünü iddia edib.

Məlumatda jurnalistin cəsədinin hələ də tapılmadığı, Səudiyyə Ərəbistanı rəhbərliyinin istintaqa mane olduğu bildirilib. Səudiyyənin baş prokuroru isə qatillərin Ər-Riyada mühakimə olunacağını açıqlayıb.

“Əl-Cəzirə” Səudiyyə hökumətinin Qaşıqçının ailəsinə qanpulu ödəyəcəyini də bildirib. Məlumatda cinayətlə bağlı sənədlərin Avropa ölkələrinə göndərildiyi qeyd edilib: “Digər yandan Camal Qaşıqçının konsulluğa girməsindən sonra binanın ikinci mərtəbəsinə - cinayət işlənilən yerə giriş qadağan edilib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər