9 Noyabr 2018 22:56
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranlı axund Məhəmməd Həsən Dehqani Suriyada gedən savaşda həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Sepah”a yaxın saytları məlumat yayıb.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilmiş axund Məhəmməd Həsən Dehqani Suriyanın savaş məntəqələrindən birində Əsədə müxalif qüvvələrin açdığı atəş nəticəsində öldürülüb.

Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü və hadisənin detalları mediaya açıqlanmayıb.

Cənazəsi ölkəyə gətirilən axund İranın Qum şəhərində torpağa tapşırılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər