13 Noyabr 2018 15:38
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüş dekabrda baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Nağdalyan deyib.

XİN rəsmisi qeyd edib ki, görüşün İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılır.

Anna Nağdalyan ATƏT-in Minsk qrupunun həmsədrlərindən oxşar təklifin qəbul olunduğunu bildirib: "Məsələ dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək".

Onun sözlərinə görə, ictimaiyyətə açıqlanmayacaq görüş və ya danışıqlar olmayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər