17 Noyabr 2018 17:45
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lfik Samo” ləqəbli erməni deputat və sahibkar Samvel Aleksanyan kürəkəni Koryun Naapetyanı Nikola Paşinyanın qaynı, deputat Qraçya Akopyana görə qurban verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.

Məlumata görə, Samvel Aleksanyanın bacısının əri Koryun Naapetyan son günlərə qədər Malatiya rayonu üzrə deputatlığa namizədliyi uğrunda mübarizə aparsa da, Aleksanyan onun qarşısını kəsib.

Samvel Aleksanyana “Vətəndaş müqaviləsi” partiyasından namizədlər Qraçya Akopyan, Ararat Mirzoyan və Araik Artünyanla birgə işləmək təklif olunub.

Koryun Naapetyan isə sözügedən faktla bağlı nəşrin sualını dinləsə də cavab verməyərək dəstəyi asıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər