17 Noyabr 2018 16:57
2 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yol polisinin rəisi onun qızına cərimə yazan əməkdaşını mükafatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu hadisə Türkiyənin Təkirdağ şəhərində baş verib.

Yol polisi əməkdaşı avtomobil idarə edərkən mobil telefonla danışan Gizem Aydını dayandırıb. Daha sonra ona avtomobil sürərkən telefonla danışdığı üçün cərimə yazıb.

Hadisədən xəbər tutan Gizem Aydının atası, yol polisi rəisi Mustafa Aydın qızına cərimə kəsən polis məmurunun mükafatlandırılması haqda göstəriş verib.


Müəllif: Cavad

Oxşar xəbərlər