ABŞ-da insan vücudunda tatu etməklə yaşayışını təmin edən Kris Venzel öldükdən sonra onun dərisini soyublar.
Teleqraf.com xəbər verir ki, bütün bədəni tatudan ibarət olan Kris ölüm anında bədənindəki döymələrin gələcək nəsillərə saxlanılmasını xanımından xahiş edib. Bundan sonra onun xanımı pul toplamağa başlayıb, bu məqsədlə kampaniya aparıb.
Daha sonra cəsədin dərisinin soyulması ilə bağlı bir şirkətlə razılıq əldə olunub.
Krisin xanımı bildirib ki, əri vəfat etdikdən sonra övladları və nəvələrinin döymələri görməsini istəyib: “Bu fərqli bir haldır. Bunu o, istədiyi üçün etdik”.
Xanımı qeyd edib ki, Krisin dərisi çərçivəyə salınaraq divara asıla bilər: “Döymələr illərdir edilir. Önəmlisi onu qoruyaraq gələcək nəsillərə çatdırmaqdır”.