20 Noyabr 2018 12:23
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya türkmənləri Suriya Türkmən Məclisinin təşkilatçılığı ilə yeniliyə imza atıb. Suriyanın Çobanbəy şəhərində bölgədə yaşayan türkmən uşaqlarla bağlı fəaliyyət göstərən QURD-AR Humanitar Yardım Dərnəyinin “Şəhid Musa Özalkan” Mədəniyyət Evində Bayraq Konqresi keçirilib.

Teleqraf.com xəbər verir ki, konqresə Hələb, İdlib, Bayır-Bucaq, Raqqa, Hama, Humus, Tartus, Dəra, Qolan və Dəməşq türkmənlərini təmsil edən 250-dən çox nümayəndə qatılıb.

Konqresi açıq elan edən Türkmən Məclisinin başqanı Məhəmməd Vəcih Cuma dəstəyə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Məclis başqanı Suriya türkmənlərinin yeni bayrağını da təqdim edərək, bununla bağlı uzun müddətdir gedən mübahisələrə son qoyub.

Təklif olunan 9 bayraq arasından seçilən yeni bayraq konqres tərəfindən təsdiq edilib. Bayraqdakı mavi rəng türklüyü, qırmızı rəng şəhid qanlarını, ağ rəng isə bəşəri dəyərləri təmsil edir. Aypara və ulduz isə İslam dinini simvolizə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər