BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - Fransa, Hollandiya, Polşa, İsveç və Böyük Britaniya Ukrayna gəmilərinin buraxılması və onların Kerç boğazından keçmələrinə icazə verilməsi üçün Rusiyaya müraciət ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkələrin yaydığı birgə bəyanatda deyilir.
Üzv ölkələr bəyan ediblər ki, saxlanılan Ukrayna dənizçiləri azad olunmalı, ələ keçirilən gəmilər isə geri qaytarılmalıdır.
Bundan əvvəl Ukrayna prezidenti Petro Poroşenko ölkə ərazisində hərbi vəziyyət tətbiq etmək barədə qərar qəbul edib.