Ötən gün Türkiyənin TV8 kanalının rəhbəri Acun Ilıcalı ilə Şeyma Subaşı boşanıb.
Səkkiz dəqiqə davam edən məhkəmədə cütlük 9 illik evliliklərini bitirib.
Onların ayrılığına səbəb kimi Şeyma ilə Çağatay Ulusoyun münasibəti göstərilirdi. İddialara görə, aylar əvvəl Şeyma Subaşı Çağatay Ulusoyla klubların birində əyləndikdən sonra onun evinə gedərkən, görüntülənib. Acun isə həmin xəbərin mətbuatda işıqlandırılmasına mane olub.
Şeyma Subaşı bu gün şəxsi Instagram hesabının "story" bölməsində şayiələrlə bağlı açıqlama yayıb. İddiaları yalanlayan Şeyma bildirib ki, bu, böhtandan başqa bir şey deyil. O, Çağatayla uzun müddətdir dost olduqlarını statusunda qeyd edib./milli.az/