27 Noyabr 2018 16:44
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın səsləndirdiyi və danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı artıq ifadə etdiyi əsassız fikri təkrar edən bəyanatı seçki öncəsi daxili auditoriya üçün nəzərdə tutulsa belə, münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış “fait accompli” vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib.

L.Abdullayeva qeyd edib ki, əgər Nikol Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı; bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏM-in (ATƏT) 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır:

“Ermənistan baş nazirinin vəzifəsini icra edən şəxsin əsassız və ziddiyyətli bəyanatları onu göstərir ki, o, erməni xalqı üçün “yaxşı gələcəyin qurulmasında” heç də öz sələfindən irəli gedə bilməyəcək. Bu bəyanat həmsədrlərin bölgəyə səfəri zamanı müzakirə edilmiş ikitərəfli görüş ərəfəsində Ermənistanın səmimiliyinə dair şübhələr doğurur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər