28 Noyabr 2018 10:23
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Argentinada baş tutacaq G-20 zirvəsində görüşməyəcək.

Publika.az xəbər verir ki, buna səbəb Rusiya ilə Ukrayna arasında Kerç boğazında yaşanan hərbi gərginlikdir.

Bunu “Vaşinqton Post” qəzetinə verdiyi özəl müsahibədə Tramp özü açıqlayıb. O bildirib ki, Ukrayna-Rusiya gərginliyi ilə bağlı ABŞ Milli Təhlükəsizlik Şurasından tam hesabat gözləyir və bu hesabatın nəticəsinə uyğun olaraq hərəkət edəcək.

Qeyd edək ki, Ağ Evin sözçüsü Sarah Sanders ötən gün Donlad Trampın Rusiya prezidenti ilə G-20 zirvəsində iki görüşmə gerçəkləşdirəcəyini açıqlamışdı.

Donald Trampın ikili görüş planında hələ ki, Türkiyə, Argentina, Çin, Almaniya, Yaponiya, Hindistan və Cənubi Koreya rəsmiləri var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər