Son günlər baş verən kütləvi etiraz aksiyaları səbəbindən Fransada fövqəladə vəziyyət elan edilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa hökumətinin sözçüsü Benjamin Griveauks deyib.
Hökumət sözçüsü bildirib ki, “Sarı yeləklilər” tərəfindən həyata keçirilən mitinq və küçə yürüşlərinin zorakı xarakter alması səbəbindən ölkədə fövqəladə vəziyyət elan olunması da daxil bütün variantlar masa üzərindədir.