Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku ölkənin bütün 2010 seçki məntəqəsindəki bülletenlərin hesablanmasından sonra səslərin 70,43%-ni toplayır.
Teleqraf.com xəbər verir ki, seçkilərin yekununa görə, "Çiçəklənən Ermənistan" (8,27% səs) və "İşıqlı Ermənistan" (6,37% səs) partiyaları parlamentə keçir.
Bu barədə bu gün Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Keçmiş hakim Ermənistan Respublika Partiyası 4,7 faiz səs toplayaraq 5 faiz həddini aşa bilməyib. "Daşnaksutün" fraksiyası seçicilərin 3,89% səsini toplaya bilib.