ABŞ-ın birinci xanımı Melanya Tramp həyat yoldaşının səs tonunu bəyənmədiyini, buna görə ona etiraz etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, həyat yoldaşı, Prezident Donald Trampla danışarkən səs tonunu tənzimləməsi ilə bağlı məsləhət verdiyini deyib.
Melanya Tramp ailə daxilində bir çox qərarların da, prezident tərəfindən qəbul edildiyini etiraf edib:
“Davranışlarını izləyirəm. Həyat yoldaşıma doğru məsləhətlər verirəm. Bəzən məni dinləyir, bəzən yox... Səs tonu ilə bağlı onunla eyni fikirdə deyiləm, amma o, qərarları özü qəbul edir. O, yetkin bir insandır, o döyüşçüdür. Amerika və amerikalılar üçün hər gün döyüşür”.
Melanya Tramp hesab edir ki, həyat yoldaşı növbəti prezident seçkilərinə qatılsa, yenidən qalib gələcək:
“Onu yaxşı tanıyıram. İnsanlarla necə ünsiyyət qurduğunu bilirəm”.