İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin rəsmi Vaşinqtonla danışıqlara hazır olduğunu bəyan edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Qatarda 18-ci Doha Forumunda çıxış edən Zərif daha əvvəl ABŞ-la aparılan danışıqlarda müsbət nəticələr əldə edildiyini, ancaq Donald Trampın prezidentliyi dövründə bu anlaşmanın ləğv edildiyini diqqətə çatdırıb.
ABŞ-ın Yəmən məsələsindəki siyasətini tənqid edən xarici işlər naziri bildirib: "Yəməni İran yox, Səudiyyə Ərəbistanının təyyarələri bombalayır və ABŞ onlara dəstək verir", - deyə Cavad Zərif qeyd edib.