Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 27-də Rusiyaya işgüzar səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Nikol Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Sabah isə Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bir araya gələcək. Görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibinin müəyyən edilməsi ilə bağlı Ermənistan və təşkilata üzv digər dövlətlər arasında yaranmış mübahisənin müzakirə ediləcəyi bildirilir.
Lukaşenko artıq KTMT baş katibi postuna Təhlükəsizlik Şurasının başçısı Stanislav Zasın təyin edilməsi barədə qərarı imzalayıb. Ermənistan isə Belarusun bu qərarına etiraz edir.
Əlavə edək ki, Vladimir Putin illik mətbuat konfransında Ermənistan baş nazirinin Rusiyaya səfər edəcəyini açıqlamışdı.