25 Dekabr 2018 01:36
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı hökuməti ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün vəsait ayırmağa razılaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Twitter" səhifəsində yazıb.

"Səudiyyə Ərəbistanı ABŞ-ın əvəzinə Suriyanın bərpası üçün lazımi vəsait ayırmağa razılıq verib. Görürsünüz? Məgər Suriyadan 5 min mil məsafədə olan böyük ABŞ-ın deyil, fövqəladə zəngin ölkə olan Səudiyyənin qonşusunun bərpasına kömək etməsi xoş deyil?", - deyə o yazıb.

ABŞ prezidenti daha əvvəl bildirib ki, Suriyada İŞİD-in qalıqlarının məhv edilməsi ilə yerli ölkələr, o cümlədən Türkiyə məşğul olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər