ABŞ-ın Kaliforniya ştatının Senatı avqustun 27-də separatçıların elan etdiyi “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnaməni müzakirəyə çıxarıb səsvermə keçirmək niyyətindədir.
Teleqraf.com modern.az-a istinadən bildirir ki, bu haqda Erməni Milli Konqresinin (EMK) ABŞ-ın qərb regionundakı bölməsindən məlumat verilib. EMK Amerika ermənilərinə onların dairələrindən seçilən Kaliforniya senatorlarına bu qanun layihəsinə dəstək vermək üçün müraciət etməyə də çağırıb.
Xatırladaq ki, Kaliforniyanın qanunverici orqanı bu il mayın 8-də “DQR”in tanınması ilə bağlı qətnaməni qəbul edib.