İraqda və Suriyada “İslam Dövləti” qruplaşmasına qarşı vuruşan qüvvələr Qərbdən dəstək almalıdır.
Teleqraf.com-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland bəyan edib.
O qeyd edib ki, dünya ölkəri İŞİD-ə qarşı mübarizə aparan qüvvələri silahla təmin etməlidir. Bununla yanaşı F. Olland Bəşər Əsədin bu mübarizədə müttəfiq rolunda çıxış edə bilməyəcəyini bildirib.
“İki vəhşilik arasında seçim etmək olmaz”, - deyə o vurğulayıb.