Ermənistan Baş naziri Nikol Paşinyan İrana rəsmi səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, o bu barədə Almaniyadakı erməni icması ilə görüşündə bildirib.
Səfər fevralın 27-də baş tutacaq.
Qeyd edək ki, ABŞ hökuməti bundan əvvəl İranın “Qeşm Fars Eyr” şirkəti ilə əlaqələrinə görə Ermənistanın “Flight Travel” şirkətinə sanksiya tətbiq etdiyini açıqlayıb.