Kubanın Pinar-del-Rio vilayətində səmada partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şahidləri göydə tüstünün əmələ gəldiyini bildirir, meteoroloqlar isə bunu meteoritin düşməsi ilə əsaslandırır.
Öz növbəsində ölkənin Ki-Uest Milli Meteoroloji Xidməti bildirib: "Biz Florida-Kis üzərində qeydə alınan meteorit barədə məlumat almışıq. Görünür ki, meteorit Kubanın qərbində, Vinyales şəhəri yaxınlığında düşüb".