7 Fevral 2019 12:06
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin fevralın 8-də Azərbaycana işgüzar səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İqtisadiyyat və İnkişaf Nazirliyi məlumat yayıb.

Səfərdə məqsəd Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisini, Rusiya və Azərbaycan arasında birgə avtomobil istehsalı zavodunun açılmasını müzakirə etməkdir.

Səfər çərçivəsində Maksim Oreşkinin azərbaycanlı həmkarı və digər rəsmi şəxslərlə görüşü planlaşdırılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər